Ahmet-Davutoglu

Türkiyə ilə Azərbaycan Avropa və Asiyanı birləşdirir.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfəri ərəfəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Türkiyə birgə olduqca vacib enerji layihələrini reallaşdırır: “Belə layihələrdən biri TAP-dır”.

Ə.Davudoğlu bildirib: “Energetika sahəsində Azərbaycanla əlaqələrimiz hər gün inkişaf edir. Türkiyə bundan sonra da Azərbaycanla münasibətləri inkişaf etdirəcək və bu, Rusiya ilə münasibətlərdə yaranmış böhranla bağlı deyil”.

Baş nazir əlavə edib ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycanı dəstəkləyəcək, çünki iki qardaş ölkəni ümumi mədəniyyət və tarix birləşdirir: “Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi bizim üçün vacib məsələlərdən biridir”.

Загрузка...