Загрузка...

1448973590_nardaran_261115_1

Bu gün səhər saatlarında Nardaranda əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirlərilə əlaqədar qəsəbədə evlər yoxlanılır.

Trend-in verdiyi məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evlərdə qeydiyyat olan şəxslər siyahı üzrə yoxlanılır.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.