Big.az saytının müsahibi “Miss Azerbaijan” yarışmasının üçüncüsü Əfsanə Qasımovadır.
Ona ünvanlanan hər bir sualı tərəddüd etmədən və tam səmimi cavablandıran model-aktrisa, deyəsən, sözün əsl mənasında, adı kimi əfsanəyə çevrilmək istəyir.
BiG.AZ saytına istinadən həmin müsahibəni sizlərə təqdim edirik.
– Əfsanə xanım, artıq uzun müddətdir ki, model olaraq fəaliyyət göstərirsiniz. Hər dəfə podiumda addım atdıqca nə düşünürsünüz?
– Özümlə fəxr edirəm. Düşünürəm ki, nə yaxşı bu peşədəyəm.
– Bu qədərəmi sevirsiniz öz peşənizi?
– Bəli, çox sevirəm. Sənətimə bağlıyam.
– Sizi sənətə gəlməyə vadar edən, yaxud da sizi modelliyə belə bağlayan hansı amildir ki?
– Mən bu peşəyə sırf kimlərinsə acığına gəlmişəm. Qarşıma məqsəd qoymuşam, həmin insanları bir gün peşman edəcəyimi özümə söz vermişəm.
– Sözünüzün üstündə dura bilirsinizmi?
– Şükür Allaha, hələ ki, yaxşı gedir (gülür).
– Özünüzü daha çox gözəl hesab edirsiniz, yoxsa gözəl?
– Vallah, mən nə deyə bilərəm? Bunu kənardan baxanlar daha yaxşı bilər.
– Ümumiyyətlə, kişi olasaydınız, Əfsanənin nəyinə tamah salardınız?
– Gözlərinə.
– İndi modellərin əksəriyyəti bir gecəlik kimlərinsə “qonağ”ı olur… Model adı sanki “damğa”lanıb. Bu amillərə görə, sizə də fahişə adı “yapışdıran” olub?
– Üzümə deməyə heç kimin cəsarəti çatmayıb. Amma ola bilsin ki, arxamca çox sözlər deyiblər, iftiralar atıblar.
– Ailəlisiniz?
– Xeyr, nişanlı olmuşam, ayrılmışam.
– Səbəb nə idi ki?
– Səbəblər hər ikimizdə var idi. Alınmadı…
– İndi həyatınızda kimsə var?
– Var. Mənin inanmağım gəlməzdi ki, mən bir daha kimisə sevə bilərəm, kimsə məni təəccübləndirər. İndi həyatımda olan insanı çox sevirəm. Dörd aydır ki, bir yerdəyik, ona çox öyrəşmişəm, o da mənə.
– Bir qadın olaraq intim həyatın dadını tam çıxarda bilmisinizmi?
– Bəli, çıxartmışam.
– Bədəninizin hansı hissəsinin öpüşlərə qərq edilməsini istəyirsiniz?
– Boynumu…
– Erotika, yoxsa seks?
– Mənim üçün erotika daha yaxşıdır.
– İntim əlaqə zamanı kompleksləriniz olur?
– Olur. İşıqda sevişə bilmirəm. Qaranlıqda daha rahat olur. Qaranlıqda seksi sevirəm.
– “Miss Azerbaijan” müsabiqəsinin qalibi ola biləcəyiniz deyilirdi. Hətta namizədlər sırasında birinci olaraq göstərilirdiniz, amma ədalətsizliyə uğradınız. Nə baş verdi?
– Əslində o barədə danışmaq, onları reklam etmək istəmirəm. Olan oldu…
– Etiraf edək ki, həmim müsabiqədən sonra tədbirlərə tez-tez dəvət almağa başladınız. Reklam çarxlarına, filmlərə və seriala çəkildiniz. Özüzünü aktrisa olaraq təsdiqləmək istəyirsiniz?
– Əbəttə, niyə də yox?! Qısametrajlı filmlərdə, eləcə də “Bacanaqlar”da rol almışam. İndi də təkliflər var. Dəyərləndirməyə çalışıram.
– Əfsanə xanım, adınız üstünüzdə, sizcə, əfsanəyə çevrilə biləcəksinizmi?
– Mən artıq bir əfsanəyəm (gülür).