1448366688_rus_ozel_kuvvetleri_de_vuruldu_iddiasi_1448365534_4159

Suriya-Türkiyə sərhədində baş verən son hadisələrlə bağlı şok iddia ortaya atılıb.

BAKU.WS-in məlumatına görə, Türkiyə hava məkanını pozan Rusiya təyyarəsi türk qırıcıları tərəfindən vurulub. Bundan sonra təyyarədə olan pilotlar paraşütlə tullanaraq ölümdən xilas olmağa çalışıblar.

Rusiya hərbi təyyarənin pilotları üçün bölgəyə helikopter göndərib. Ancaq türkmənlər helikopterin enməsinə imkan verməyiblər. Pilotları xilas etmək üçün bölgəyə göndərilən rus xüsusi təyinatlılarının türkmən silahlı birləşmələri tərəfindən vurulduğu iddia edilir.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. Türkiyəyə məxsus F-16-ların hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub. Türkiyə Prezident Administrasiyasından açıqlanan rəsmi məlumata görə, Su-24 tipli təyyarə Rusiya Hərbi Hava Qüvvələrinə məxsusdur.

Rusiya döyüş təyyarələri bir müddətdir ki, türkmənləri də hədəf alan hava hücumları təşkil edir. Rusiya bölgədə daha çox Su-30 və Su-24 tipli təyyarələr istifadə edir. Bu təyyarələr nisbətən köhnə olan Miq-23-lərlə müqayisədə daha inkişaf etmiş texnologiyalarla təchiz edilib.

Türkiyə Hava Qüvvələrinə məxsusu F-16 təyyarələri 23 mart 2014-cü il tarixində də hava məkanının pozduğu üçün Suriya Hərbi Hava qüvvələrinə aid Miq-23 tipli təyyarəni vurmuşdu.

Загрузка...