“Bozbaş pictures”in Şirini, aktyor Nicat Rəhimov türkiyəli həmkarı Burak Özçivitlə bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, o, “Onlar” verilişinə açıqlamasında Özçivitin onunla rəftarından narazılıq edib:
“O aktyoru bəyənmirəm. Rol apara bilmir. Bütün günü qaş-göz oynadır. Onun oynadığı rolları mənə versəydilər, beş dəfə yaxşı oynayardım. Üzümü ona tutub deyirəm ki, Burak Özçivit, bir az sadə ol. Bu yaxınlarda Türkiyədə idim, onunla görüşdük. Hətta “Youtube”də mənim oynadığım filmə də baxıb. Həmin ankı davranışından xoşum gəlmədi. Biz orada qonaq idik, ən azından hörmət edərdi. Özümü heç vaxt onunla bir tutmaram”.