iran (8)

Təbriz Universitetində İranda azərbaycanlıların dövlət televiziyasında təhqir olunmasına qarşı etirazlar bu gün də davam edib.

AzVision.az xəbər verir ki, Təbriz Universitetinin yüzlərlə azərbaycanlı tələbəsi ali təhsil ocağının həyətində toplaşaraq ölkədə fars irqçılıyinə qarşı etirazlarını bildiriblər. “Haray-haray mən türkəm” və “Yaşasın Azərbaycan” şüarları səsləndirən tələbələr orta ixtisas və ali təhsil müəssisələrində dərslərin Azərbaycan dilində keçirilməsini tələb ediblər.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçılıyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.