1447228426_fagasrq

Tanınmış müğənni Şölə Səfərəliyevanın dostları ilə birgə ifa etdiyi “Sarı gəlin” mahnısı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

BAKU.WS məlumat verir ki, gənc müğənni ad günü məclisində dostları ilə birlikdə xalq mahnısı “Sarı gəlin”i ifa edib. Səfərəliyeva ifanın əks olunduğu videonu şəxsi facebook hesabında paylaşıb.

Gənclərin ifası sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Video bir günün içində yüzlərlə insan tərəfindən baxılıb.

BAKU.WS sözü gedən videonu təqdim edir.

Загрузка...