Cənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində 40-dan çox insan ölüb.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV- xəbər yayıb.
“AirLive” nəşrinin məlumatına görə, Rusiyaya məxsus “An-12” tipli təyyarə qəzaya uğrayıb.
Yük maşını Cuba hava limanından 800 metr hündürlüyə qalxdıqdan sonra yerə çırpılıb.
Qeyd edək ki, təyyarənin göyərtəsində olan şəxslərdən yalnız üç nəfər sağ qalıb ki, onlardan biri də uşaqdır.
12:08
Cənubi Sudanın paytaxtı Cubada göyərtəsində 12 sərnişin olan təyyarə qəzaya uğrayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarədə olan beş ekipaj üzvünün hamısı Rusiya vətəndaşlarıdır.
“Bu gün qəzaya uğrayan təyyarədə Rusiyadan olan beş ekipaj üzvü və 7 sərnişin olub. Onlardan yalnız ikisi sağ qalıb. Onlardan biri də uşaqdır”, – deyə “South Sudan Tribune” qəzeti öz “Twritter” sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, oktyabrın 31-i Rusiya aviaşirkətinə məxsus təyyarə Şarm-əl-Şeyx –Sankt Peterburq reysi üzrə hərəkət edən təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub. Onların hamısı qəzada həlak olub.
Qəza ilə əlaqədar noyabrın 1-i Rusiyada matəm günü elan olunub.