389adc

Faciənin səbəbləri araşdırılır.

46 yaşlı polis zabiti küçədə arvadının avtomobilinə yaxınlaşıb, qadını vurub. Qadın qaçıb canını qurtarmağa çalışanda isə zabit arvadının arxasınca düşüb, ona atəş açmağa başlayıb.

İlk güllədən sonra yerə yıxılan qadına yaxınlaşan polis zabiti ona daha 10 dəfə atəş açıb.

Mili.az xəbər verir ki, olay Braziliyanın Minas-Jerays ştatındakı Uberlandiya şəhərində yaşanıb. 46 yaşlı polis zabiti 36 yaşlı xanımı Verliana Rodriges Karneyronu qətlə yetirib. Qatil küçədəki kafelərdən birinə girib və təslim olmaq istəməyib. O, olay yerinə göndərilmiş xüsusi təyinatlı polis dəstəsi ilə bir saat davam edən danışıqlardan sonra silahı yerə qoyub.

Həbs olunmuş polis zabiti anlaqlı vəziyyətdə olmadığından şəhər hospitalının psixiatriya bölməsinə aparılıb.

Polisdən verilən məlumata görə, faciənin səbəbləri araşdırılır.

Загрузка...