Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli onun səhifəsi olduğu iddia edilən “Facebook” profilində paylaşılan şəkilə və orada yazılan fikirlərə münasibət bildirib.
İlahiyyatçı Modern.az saytına açıqlamasında deyib ki, hazırda heç bir səhifə işlətmir:
“Mənim adıma bir rəsmi səhifə vardı. Ona da haker hücumları oldu, sındırdılar. Hazırda adıma onlarla belə səhifə var və onların heç biri mənim deyil. Səhifələri işlədənlərin heç birini də tanımıram.
Həmin səhifələrdə çox vaxt məndən sitatlar paylaşılır, əksəriyyəti də səhvdir. Mənim səsləndirmədiyim fikirləri də ora yazırlar”.
Hacı Şahin metro ilə bağlı yazılan fikirlərə dindar olaraq münasibət bildirib:
“Mən heç vaxt belə fikir səsləndirməmişəm. Ümumiyyətlə, orada yazılanlar da həll yolu deyil ki, gəlin axırıncı vaqona minməyək. Düzgün olmayan, qeyri-ciddi fikirlərdir”.
Sosial şəbəkələrdə yazıldığına görə, Hacı Şahin “axırıncı vaqonlara yalnız qadınlar minsin” təklifini irəli sürüb.