Загрузка...

376925

Bakıda namus üstə dava salanlar həbs olunublar.

Axar.az xəbər verir ki, qardaşının arvadı ilə münasibəti olan şəxsi döydükləri üçün qayın və adamları həbs olunublar.

Döyülən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Xatırladaq ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Akkord” yaşayış kompleksindəki obyektlərin birində baş verib. Davanın görüntüləri yayıldıqdan sonra adları açıqlanmayan həmin şəxslər tutulublar.

Axşam saatlarında naməlum şəxslər orta yaşlı adamı təqib ediblər. O, xilas olmaq üçün bərbərxanaya daxil olub. Arxasınca salona soxulanlar onu bayıra çıxarmaq istəyiblər.

Kişi onlara bıçaq çıxararaq müdafiə olunmağa və qaçmağa çalışıb. Amma təqibçilər bərbərxananın qapısını bayırdan bağlayaraq qaçmasına imkan verməyiblər.

Sonra köməyə gələn əlavə iki nəfər bərbərxananın şüşələrini sındıraraq içəri girib, onu döyə-döyə maşına basıb naməlum istiqamətə aparıblar.

Hadisə şahidləri davanın səbəbini soruşduqda onlardan biri deyib ki, qardaşının arvadı ilə danışırmış, ona mesajlar yazırmış.

Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsindən criminal.az-a bildirildi ki, həmin adamlar kişini maşınla apararaq möhkəm döyüblər. Hadisədən az sonra həmin adamlar həbs ediliblər. Döyülən şəxs ilk olaraq şikayətçi olmurdu, sonradan isə video görüntülərə baxandan sonra başına gətirilənləri etiraf edib.

Hazırda tutulan şəxslər barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Dava kadrlarını təqdim edirik: