israel_kanal_281015

Ötən gün İsrailin “Nana 10” telekanalında “Xəritədə nöqtə” həftəlik proqramı yayımlanıb.

AzVision.az xəbər verir ki, proqramın növbəti buraxılışı Azərbaycan və İsrail arasında münasibətlərə həsr olunub.

Azərbaycan 20 ildir ki, İsrailin ən yaxın dostlarından biridir. İsrail neftin 40%-ni Azərbaycandan idxal edir. Ölkə əhalisinin böyük əksəriyyətinin şiə müsəlmanları olmasına baxmayaraq, Azərbaycanın İsraillə gözəl münasibətləri var.

“Xəritədə nöqtə” verilişində qeyd olunur ki, Azərbaycan dünyəvi ölkədir və müxtəlif sahələrdə İsrail biznesmen və investorları irəli çəkir.

Verilişdə çıxış edən İsraildə yaşayan azərbaycanlılar birliyinin rəhbəri Elxanan Raziel Azərbaycanın neft, kənd təsərrüfatı, idman, mədəniyyət və hərbi texnologiyalar sahəsində inkişafından danışıb.

AzVision.az həmin verilişi oxuculara təqdim edir:

Загрузка...