Загрузка...

roman-abramovitch-daria-zhukova

Bu gün rusiyalı milyarder, “Çelsi” futbol klubunun sahibi və Çukotka muxtar dairəsinin yəhudi əsilli keçmiş qubernatoru Roman Abramoviçin ad günüdür. 1966-cı il oktybarın 24-də anadan olan Abramoviçin 49 yaşı tamam olur. “Forbes” jurnalının 2015-ci il üçün tərtib etdiyi sonuncu reytinqində Abramoviç 9,1 milyard şəxsi sərvətlə 12-ci ən zəngin Rusiya milyarderidir.

Modern.az saytı Rusiyanın “Qızıl yəhudi oğlanı”nın həyatına qısa nəzərə salır.

Roman Abramoviç 1966-cı il oktyabrın 24-də SSRİ-nin Saratov şəhərində anadan olub. Onun 1 yaşı olarkən anası İrina Abramoviç, 3 yaşı olarkən isə atası Arkadi Abramoviç vəfat edir. Erkən yaşda yetim qalan uşağı əmisi Leyb Abramoviç öz himayəsinə götürür. Sonrakı azsaylı müsahibələrinin birində Roman Abramoviç həyatının bəlkə də ən çətin dövrü olan uşaqlığını belə xatırlayacaqdı:

“Mən Saratovda doğulmuşam. Öz valideynlərimi demək olar ki, xatırlamıram: onlar erkən vəfat etmişdilər. Bundan sonra mən Moskvada əmimgildə qalmışam, məktəbi burada bitirmişəm. Əsgərlikdə artilleriya alayında, avtobölükdə xidmət etmişəm. İnstitutda oxuyurdum və paralel olaraq “Uyut” adlı kooperativ təşkil etmişdim. Biz polimerdən oyuncaqlar hazırlayırdıq. Oyuncaqların nümunələrini İra (Abramoviçin 2-ci həyat yoldaşı- red.) səfər etdiyi xarici ölkələrdən gətirirdi”.

80-ci illərin ortalarında gələcək milyarder artıq Uxtin Sənaye İnstitutunun tələbəsi idi. Onun qrup yoldaşlarından biri “Maşina vremeni” rok qrupunun klavişçisi Andrey Derjavin idi.

Roman Abramoviçin ikinci həyat yoldaşı İrina stüardessa idi. Onların tanışlığı da reyslərin birində baş vermişdi. Bu nikah 16 il davam etmişdi. Bundan əvvəl isə 21 yaşlı Abramoviç Olqa Lısoyeva ilə evli olmuşdu. 1987-ci ldə bağlanan ilk nikah 3 il davam etmişdi.

Roman Abramoviç hazırki, sayca 3-cü həyat yoldaşı Darya Jukova ilə 2005-ci ilin qışında Barselonada tanış olub. Bu, “Çelsi” futbol klubunun matçından sonra keçirilən gecədə baş verib. Gələcək cütlüyü bir-biri ilə tanış edən Abramoviçin gələcək qayınatası, biznesmen Aleksandr Jukov olub. Amma ilk dəfə tanış olduqları zaman Abramoviç evli, Jukova isə tennisçi Marat Safinlə sevgili idi.
1 il sonra isə Abramoviç 2-ci həyat yoldaşından boşanır və ona boşanma razılşamasına əsasən 300 milyon dollar pul, Britaniyada 4 villa və 2 mənzil verməli olur.

Həmin vaxt artıq Marat Safindən ayrılan İrina Jukova müxtəlif məkanlarda tez-tez Abramoviçlə birlikdə görüntülənməyə başlayır.

Hazırda 2 övladı olan cütlüyün nikahını rəsmləşdirib-rəsmləşdirmədiyi ilə bağlı Qərb mediasında geniş disskusiyalar gedir.

Darya Jukova “İRİS Foundation” təşkilatının sədri, “Qaraj” müasir incəsənət mərkəzinin sahibi və “LACMA” (Los-Ancelse incəsənət muzeyi” icraiyyə şurasının üzvüdür.

O, rəfiqəsi Kristin Tnaq ilə birlikdə geyim istehsal edən “Kova&T” şirkətinin sahibidir.
“The Sun” qəzetinin məlumatına görə, Roman Abramoviç 2003-cü ildə satın aldığı “Çelsi” futbol klubuna 10 ildə 2 milyard dollar yatırım edib.

Əgər milyarder klubun baş məşqçiliyinə gətirdiyi Joze Maurinyonu istefaya göndərmək istəsə, müqavilə şərtlərinə görə 40 milyon dollar kompensasiya ödəməli olacaq.

Roman Abramoviçin geniş avtomobil parkı var. Buraya 2 zirehli Maybach 62, Ferrari FXX, Bugatti Veyron, Maserati MC12 Corsa, Ferrari 360, Porsche Carrera GT, Porsche 911 GT1, Mercedes Benz CLK GTR, Rolls Royce Corniche avtomobilləri daxildir. Onun qarajında Ducati markalı motosiklet də var.

Digrə nəqliyyat vasitələrinə gəldikdə isə Abramoviçin şəxsi “Boing 767-300” və “Airbus A380” təyyarələri var. Digər bir diqqət çəkən nəqliyyat vasitəsi isə 1,2 milyard dollarlıq ehtişamlı “Eclipse” yaxtasıdır. Yaxtanın göyərtəsində kino və konfrans zalı, uşaq otaqları, rəqs zonası, gözəllik salonu, 2 hovuz və sauna var. “Ecpipse”də 2 vertolyot meydançası, sualtı qayıq və hava hücumundan müdafiə sistemi də mövcuddur.

2000-ci ildə Abramoviç Çukotkanın qubernatoru oldu. Rusiyanın geriləyən subyektlərindən sayılan vilayətin inkişafı üçün Abramoviç 5 illik qubernatorluğu dönəmində öz cibindən bəzi məlumatlara görə 180, digər məlumatlara görə isə tam 1 milyard dollar pul xərcləyib.

2010-cu ildə Abramoviç Sankt-Peterburqun mərkəzində yerləşən Yeni Hollandiya adasını satın almaqla gündəmə gəldi. Milyarder xanımı Jukova ilə birlikdə burada mədəniyyət və əyləncə mərkəzi yaratmaq istəyir.

Roman Abramoviç 7 uşaq atasıdır. İkinci həyat yoldaşı İrina Abramoviçlə nikahdan 3 qızı – Anna, Sofiya və Arina və 2 oğlu – Arkadi və İlya doğulub.

Darya Jukova ilə münasibətlərdən isə milyarderin Leya adlı qızı və Aaaron adlı oğlu var.

2012-ci ildə Abramoviçin 19 yaşlı qızı Anna ən zəngin potensial gəlinlər siyahısına düşmüşdü. Onun bank hesabında 3,4 milyard dollar pul var idi.

Abramoviçin mühafizəsini 40 nəfərdən ibarət cangüdən dəstəsi həyata keçirir. Bu, ona ildə 2 milyon dollara başa gəlir.

O, 2008-ci ildə Frensis Bekon və Lüsyen Freydin rəsm əsəri üçün 120 milyon dollar pul ödəyib. Hazırda həmin rəsmlər Abramoviçin Londondakı mənzillərindən birindədir.

Yəhudi əsilli biznesmenin ən zəngin olduğu il 2008-ci ilə təsadüf edir. Həmin vaxt Abramoviçin hesabında 23 milyard dollar kapital toplanmışdı. Bu göstərici ilə o, dünyada 15-ci, Rusiyada isə 3-cü ən zəngin şəxs idi. Yazının əvvəlində də vurğulandığı kimi, hazırda, bu göstərici 9,1 milyard dollara bərabərdir.

Erkən yaşda yetim qalan Roman Abramoviçin həyatı, mümkünsüzün mümkün olduğunu isbat edən təcrübə yoludur. Sadəcə, bu yolu sona qədər getmək üçün iradə, intellekt və mübarizə ruhu olmalıdır.

скачанные файлы

1-ci nikahı

скачанные файлы (1)

2-ci arvadı

скачанные файлы (2)

3-cü sevgilisi

скачанные файлы (3)

Yaxtası

скачанные файлы (4)

Putinle birgə