Aparıcı Xədicə Sənanqızı özü ilə bağlı maraqlı fakt açıqlayıb.
Axşam.az xəbər verir ki, o, “İncə maraqlar” verilişində qardaşının makiyaj çəkdiyi üçün onu vurduğunu etiraf edib:
“İlk dəfə ANS-də səhər verilişinin aparıcısı oldum. O ərəfə xanımların makiyaj etməsi eyib idi. Heç kim istəmirdi ki, qızı makiyaj etsin. 18 yaşımda efirə makiyajsız çıxırdım. Gizlincə kirşan, dodaq boyası vurmuşdum.
Bunu da qardaşıma demişdilər. Evimizdə dava düşdü, hətta qardaşım mənə əl qaldırdı ki, bir də makiyaj etmə. Başa sala bilmirdim ki, mən Türkan Şoray qədər gözəl deyiləm ki, efirə təbii halda çıxım”.