59464_tp8m7tdt2u

Futbolçu Kriştiano Ronaldo haqda sənədli film çəkilib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, sənədli filmdən bir hissə sosial şəbəkədə paylaşılıb. Video-çarxda Ronaldo oğlu ilə birlikdə kamera qarşısına keçib. “Real Madrid” ulduzu oğluna adını deməyi öyrədir. Balaca Ronaldo isə adını söyləyə bilmir. Futbolçu bir neçə cəhddən sonra ona adını deməyi öyrədir.

Qeyd edək ki, idmançı haqda çəkilən sənədli filmin adı “Ronaldo”dur. Burada Kriştianonun həyatından və karyerasından bəhs edilir. Filmin bu ilin sonunadək təhvil veriləcəyi gözlənilir.

loading...