img1912632

Türk kinosunun tanınmış aktyorlardan biri Sırrı Elitaş vəfat edib.

AzVision.az xəbər verir ki, aktyor beyninə qan sızmadan 71 yaşında xəstəxanada dünyasını dəyişib. Ötən gecə həyatını itirən aktyor bu gün anadan olduğu Ərzurumda torpağa tapşırılacaq.

Taksı sürücüsü kimi işləyən Sırrı Elitaş aktyorluğa təsadüfən gəlib. Türk filmlərində əsasən mənfi obrazları canlandıran aktyor 600 filmdə çəkilib.

“Yeşilcam aktyoru” kimi tanınan Sırrı Elitaşın 2010-cu ildə kamera qarşısında beyninə qan sızıb. 5 ildir müalicə alan aktyor ötən gecə dünyasını dəyişib.

Загрузка...