roya 1

Milyonların sevimlisinin növbəti xiti təqdim olunur.

Məşhur türkiyəli musiqiçi Ozan Çolakoğlu və Azərbaycanın estrada ulduzu Röya Ayxan qardaş ölkədə bir araya gəldilər. Səbəb yeni xitin ərsəyə gəlməsidir. Röyanın Azərbaycandakı mətbuat katibi Türkan Məmmədlinin yaydığı məlumata görə, söz və musiqisi Gülşenə məxsus “Kesin bilgi” adlı yeni bəstə bütövlükdə Çolakoğlunun “Ozinga” şirkətində hazırlanıb. Klipin rejissoru yenə də Murad Küçükdür.

Tərəflərin iş birliyi Türkiyə mətbuatında da geniş yer alıb. Layihənin öncə qardaş ölkənin mediasında təqdim edilməsi Röyanın özü üçün də xoş sürpriz olub. İfaçı yeni işinin işıq üzü görməsini məhz Türkiyə mətbuatı vasitəsi ilə öyrənib.

”Kesin bilgi”nin akustik versiyası Emre Bayara, remixi isə Kaan Gökmana məxsusdur. Klipin özü ilə yanaşı hər iki versiyası da bu gündən etibarən musiqisevərlərin ixtiyarına buraxılıb.

Xatırladaq ki, Röya daha öncə də “Gönder” və “Gemiçiler” adlı klipləri ilə türk mətbuatının gündəmini zəbt etmişdi.

Загрузка...