Sosial şəbəkədə modellərin şəkillərinə rəy yazan Madrid “Real”ının ulduzu Kriştianu Ronaldonun bu dəfəki hədəfi ingilis model Rayan Suqden olub.
“Qafqazinfo” xəbər verir ki, modelin şəkillərini görən portuqaliyalı ulduz ondan nömrəsini istəyib. Lakin Suqden Ronaldonun bu istəyini geri çevirib.
İngiltərədəki dostlarından modelin nömrəsini tapan Kriştianu bir neçə dəfə cəhd eləsə də, onunla danışa bilməyib. Ronaldonun əl çəkmədiyini görən Suqden “Real”ın ulduzundan uzaqlaşmaq üçün nömrəsini dəyişib. Yaxınlarda İngiltərədə bir jurnala pozalar verən Suqdenin şəkillərinin yenə Ronaldonu başdan çıxaracağı bildirilib.
http://s020.radikal.ru/i717/1510/b0/35184ac4247e.jpg
http://s020.radikal.ru/i710/1510/8c/4bd88efcfc08.jpg
http://s019.radikal.ru/i633/1510/1d/536a0db295d0.jpg
http://s012.radikal.ru/i320/1510/f4/96c3ae9acb1c.jpg
http://s017.radikal.ru/i425/1510/a6/dc97bbdcbc25.jpg
http://s019.radikal.ru/i644/1510/3b/242d2c65e0fa.jpg