Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının qızı magazin jurnalının üz qabığına çəkilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ixtisasca stilist olan Zerrin Akıncının oktyabrın 1-i satışa çıxacaq jurnalının növbəti buraxılışında geniş reportajı da yer alıb. Uşaqlığı, atası və ailəsi ilə bağlı xatirələrini bölüşən Akıncı jurnal üçün çəkdirdiyi fotolarda öz kolleksiyasından olan geyimlərdən istifadə edib.