metro

Məsələ ilə bağlı açıqlama verilib.

Bakı Metroplitenində Nəriman Nərimanov stansiyasında sərnişinlərdən birinin halı qəfil pisləşib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, orta yaşlı bir kişi təzyiqində yaranmış problem səbəbindən müvanizətini itirib, nəticədə qatar olmayan relslərin üstünə yıxılıb.

Həkim müdaxiləsindən sonra özünə gələn sərnişin başında spazma problemi olduğunu bildirib:

“Dərhal xilasedicilər tərəfindən oradan çıxarılıb. Vəziyyəti yaxşıdır. Onun intihar etmək niyyəti olmayıb”.

Qeyd edək ki, bəzi KİV-lərdə Nərimanov stansiyasında orta yaşlı kişinin intihar etməsi barədə məlumat yayıb.