Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanı tutduğu vəzifədən azad edib.
AzVision.az xəbər verir ki, Nuridə Allahyarova işdən çıxarılması ilə bağlı fikirlərini bölüşüb:
“Əziz dostlar, son bir həftədə ünvanladığınız sualları artıq cavablandırmaq səlahiyyətində olmadığım üçün Facebookun imkanlarından yararlanmaq istədim. Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız. Qurumda çalışdığım müddətdə tanıdığım bütün dostları qazancım hesab edirəm. Hamınıza sonsuz təşəkkürlər!”.