Antalyada dənizdə infarkt keçirən rus turist həyatını itirib.
Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, rus turist Yuri Kondraşin, ailəsi ilə tətilə gəldiyi Antalya Konyaaltı çimərliyində dənizə girib. Bir müddət üzən Kondraşin, qəfil dənizdə yoxa çıxıb.
Ətrafdakı vətəndaşların xəbər verməsi ilə hadisə yerinə gələn dəniz polisi, Kondraşini dənizdə taparaq sahilə çıxarıb. Bütün müdaxilələrə baxmayaraq, turistin həyatını xilas etmək mümkün olmayıb.