Bu gün Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edəcək “Tottenhem”in qapıçısı Uqo Lloris yerli mətbuata müsahibə verib. Cebhe.info “Qafqazinfo”ya istinadən həmin müsahibə ilə sizi tanış edir:
– “Qarabağ”la matç haqqında nə düşünürsüz?
– Avropada oynamaq həmişə çətin və gözəldir. Biz də Avropa Liqasına yaxşı başlamaq istəyirik.Sabah bizim ilk qələbəyə ehtiyacımız var. Çünki “Qarabağ”dan sonra bizi çox çətin ik görüş gözləyir. “Anderlext” və “Monako”ya qarşı çıxış etmək həddən artıq çətin olacaq.
– Rəqibi necə analiz etmisiz?
– Mən rəqib haqqında geniş danışmaq istəmirəm. Sadəcə “Tottenhem”dən çox şey gözləyirəm. Özüm də əlimdən gələni edəcəm. Sona qədər bütün turnirlərdə mübarizəmizi aparmalıyıq.
– “Tottenhem”ı digər komandalarla müqayisə etsək, qrupdan çıxmaq şansınız daha çoxdur…
– Hələ ilk oyunumuza çıxacağıq və növbəti mərhələ haqqında danışmaq çox tezdir. Biz bilirik ki, meydana çıxıb sadəcə qələbə haqqında düşünməliyik. Finala qədər getmək lazımdır və çempion olmaq lazımdır. Çünki burada Çempionlar Liqasına getmək də mümkündür. Beləliklə biz qrup mərhələsində uğurla başlayıb, işimizi uğurla yekunlaşdırmalıyıq.
– Heyətdə gənc oyunçular çoxdur. Bu siz problem yaratmayacaq?
– Biz bilirik ki, komandamız gəncdir. Amma bu heyətdə olan futbolçular keçən mövsüm oynayıblar. Oyunlara yüz faiz köklənmək lazımdır.
– Özünüzün komandadakı çıxışınızdan razısız?
– Mən xoşbəxtəm ki, “Tottenhem” kimi komandada oynayıram. Və komandamızın nəticə qazanması üçün əlimdən gələni edirəm. Bu suala bir dəfə də cavab vermişdim.
– Gələcəkdə İngiltərənin digər komandalarına keçmək haqqında düşünürsüz?
– Mən nə gələcəyim, nə də keçmişim haqqında danışmıram. Hazırda sadəcə “Qarabağ”la matça köklənmişəm. Bundan başqa Premyer Liqada növbəti tur haqqında düşünürük. İndiki halda bu qədər turnirdə mübarizə apararkən niyə başqa şey haqqında fikirləşməliyəm? Mən burda xoşbəxtəm.