56176_ezuchqg5wo

Dünən ABŞ-da “Miss Amerika-2016” gözəllik yarışması baş tutub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əsas titulu Corcia (Georgia) ştatından olan 21 yaşlı Betti Kentrell qazanıb. Ona 50 min dollar mükafat verilib. Betti 51 namizəd arasında qalib olduğunu eşidərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, bu il hakimlər komandasına model və müğənni Vanessa Uilyams rəhbərlik edib. Vanessa 1984-cü ildə baş tutan müsabiqənin qalibi olub. Daha sonra bu titul onun “Penthouse”dakı açıq saçıq fotolarına görə geri alınıb.

Dünən isə “Miss Amerika-2016″nın təşkilatçıları 30 il əvvəl ondan titulunu aldıqları üçün üzr istəyiblər.