1274701

Müğənni Gülay Zeynallı kişi-qadın dostluğundan bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Yeri gəlmişkən” verilişində kişi dostu olmadığını bildirib:

“Sənət aləmində oğlan tanıdıqlarım çoxdur. Məclisdə üz-üzə gələndə salamlaşıram. Amma ailəli xanımın oğlanla dostluğuna yaxşı baxmıram. Dost elədir ki, gedirsən haradasa oturursan, çay içirsən, dərdləşirsən. Evli xanım başqa kişi ilə necə gedib haradasa otura bilər? Rəfiqələrim çoxdur, hamısını da çox istəyirəm”.