ddd1

“Müqavimət göstərdim”.

Bakıda tanışı tərəfindən zorakılığa məruz qalan qız polisə müraciət edib.

Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Abşeron rayon sakini 1997-ci il təvəllüdlü S.Y 102 xidmətinə zəng edərək bir neçə gün öncə başına gələn hadisə barədə məlumat verib:

“Avqustun 29-da gecə tanışım Mədətlə dəniz qırağına getdik. Goradil bağlarında dəniz kənarında Mədət məni zorlamaq istədi, müqavimət göstərdim”.

Müəyyən edilib ki, 23 yaşlı M.Mədət də Abşeron rayon sakinidir. Faktla bağlı araşdırma aparılır.