Загрузка...

57586

“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Ağdam təmsilçisi makedoniyalı futbolçu Vladimir Dimitrovskini transfer edib.

Makedoniya yığmasının üzvü ilə iki illik müqavilə imzalanıb. Artıq 26 yaşlı müdafiəçinin adı Peşəkar Futbol Liqasına sifariş edilib.

Qeyd edək ki, daha öncə Makedoniya Futbol Federasiyası azad agent olan Dimitrovskiyə transfer vərəqəsini vermədiyi üçün onun “Qarabağ”a keçidinin rəsmiləşməsi yubanıb. Bu səbəbdən Ağdam təmsilçisi futbolçunun adını Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş edə bilməyib. Bu isə o deməkdir ki, Dimitrovski Azərbaycan Premyer Liqasının oyunlarından fərqli olaraq, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a kömək edə bilməyəcək.