Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qax rayonunda səfərdə olub.
Virtualaz.org QMİ-dən verilən məlumata istinadən bildirir ki, səfərdə A.Paşazadəni QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev başda olmaqla Şura üzvləri, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və başqaları müşayiət ediblər.
Şeyxülislam A.Paşazadə və onu müşayiət edən şəxslər Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüş keçiriblər. Tədbirdə iştirak edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxışında rayonda gedən quruculuq işləri barədə məlumat verib.
QMİ sədri Heydər Əliyev Mərkəzində Qax ziyalıları və rayonun ağsaqqaları ilə daha sonra Qax rayon Cümə məscidində dindarlarla görüşüb.
Qax rayonunda QMİ sədri A.Paşazadə rayonun xristian dini icması ilə də görüşüb. Qax rayonu Qaxingiloy kəndində Müqəddəs Giorgi kilsəsi ilə tanış olan və bu kənddə yaşayan pravoslav gürcülər, ingiloylarla görüş keçirən Şeyxülislam icmaya maddi yardım göstərib.