“Artıq beşinci gündür komadan çıxmır. Həkimlər də buradadırlar, nəzarət edirlər. Amma yaxşı heç nə vəd etmirlər”. Bunu Modern.az saytına ürək və tənəffüs çatışmazlığından əziyyət çəkən xalq artisti Habil Əliyevin ailəsindən bildiriblər.
Telefonda özünü təqdim etməyə macal tapmayan xanım ağlayaraq, dəstəyi yerə qoyub.
Qeyd edək ki, 89 yaşlı kamança ustası bir müddətdir süni nəfəs aparatına qoşulub.