57490

“Son iki oyunda böyük işlər gördük. Məqsədimiz iki görüşdən maksimum xal qazanmaq idi ki, bunu da bacardıq. Düşünürəm ki, baş məşqçi və azarkeşlər bizdən razı qalmalıdır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin müdafiəçisi Corcio Kyellini “Avro-2016″nın seçmə mərhələsində Bolqarıstana qalib gəldikləri oyundan sonra deyib:

31 yaşlı futbolçu gələn ay qarşılaşacaqları millimizlə oyuna da toxunub: “Bolqarıstana qalib gəlməklə Avropa çempionatının final mərhələsinə bir qədər də yaxınlaşdıq. Bu uğurlu seriyanı davam etdirməliyik. Gələn ay Azərbaycanla önəmli matçımız var. Həmin görüşdə qələbə qazanmalıyıq. Bunu bacarsaq, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edə bilərik”.

Qeyd edək ki, Azərbaycan – İtaliya matçı oktyabrın 10-da, Bakıda keçiriləcək.