Almaniya kansleri Angela Merkellə canlı efirdə söhbət edən fələstinli qızla bağlı qərar verilib.
Fələstinli qızın Almaniyada məskunlaşma müddəti gələn ilin mart ayına qədər uzadılıb. Xatırladaq ki, Merkel canlı efirdə miqrantların ölkələrinə deportasiya edilməsi ilə bağlı danışarkən fələstinli qız ağlamağa başlamışdı. Bunun fərqinə varan Merkel fələstinli qıza Almaniyada yaşaması üçün əlindən gələn yardımı edəcəyini bildirmişdi. (Axar.az)