Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin səhhəti ağır olaraq qalır.
Bu barədə AzNews.az-a sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib. Onun sözlərinə görə, həkimlər 24 saat H.Əliyevin başının üstündədir:“Habil müəllim gözünü açıb balalarını görür və tanıyır. Həkimlər də əllərindən gələni edirlər. Ümid Allahadır”.
Qeyd edək ki, Habil Əliyev ürək və tənəffüs çatışmazlığı xəstəliyindən əziyyət çəkir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.