“O yanılmadı”.
Azərbaycan futbol yığmasının kapitanı Rəşad Sadıqov milli komandanın məşqçisini xarakterizə edib.
“O, bizə inanır. İnanır ki, biz yaxşı oynayacağıq və nəticələr əldə edəcəyik. –Oxu.Az UEFA-nın rəsmi səhifəsinə istinadən futbolçunun sözlərindən sitat gətirir. – Bu, psixoloji planda çox vacibdir.
Norveç ilə oyuna yola düşməzdən əvvəl Prosineçki dedi ki, biz ən azı bir xal qazanacağıq və o yanılmadı (matç sıfır heç-heçəsi ilə başa çatdı). Mənim yığmadakı karyeram boyu, məşqçilərdən yəqin ki, heç kim bizə bu qədər inanmamışdı”.