Azərbaycan prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzərTac-ın verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 sentyabr 2015-ci il.