100855

“Qarabağ”ın heyətinə qatmaq istədiyi Makedoniya millisinin üzvü Vladimir Dimitrovskinin transferi baş tutmaya bilər. “Qafqazinfo” xəbər verir ki, buna səbəb futbolçunun Yunanıstanın “Kerkyra” klubunda oynadığı zaman yaranan problemdir. 

Belə ki, yunan klubu hələ də lazımı sənədləri futbolçuya verə bilmir. Bu barədə məlumatı saytımıza müdafiəçinin özü verib. Dimitrovski bildirib ki, bu transfer baş tutmaya bilər: “Mənim “Qarabağ”a keçidim baş tutmaya bilər. Ona görə də indidən heç nə demək istəmirəm. Yunanıstanın “Kerkyra” klubu hələ də lazımı sənədləri vermədiyi üçün mən dəqiq danışa bilmirəm. Məsələ bu gün həll olunmalı idi, amma bir xəbər yoxdur”.