Alimlər insanların intihara meylli olmasını müyyən edən 3 əsas kriteriyanı açıqlayıblar.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, neyropsixoformokologiya sahəsində aparılan araşdırmalar psixoloqlaara intiharçının əlamətlərinin müəyyən etməyə imkan verib.
1. İnsan riskli hərəkətlərə, məsələn maşını yüksək sürətlə idarəetməyə meyllidirsə,
2. daim psixoloji ajiotaj içindədirsə – tez-tez paltarından dartırsa, əllərini bir-birinə sürtürsə yaxud oturaq vəziyyətdə ayaqlarını döşəməyə çırpırsa,
3. impulsiv addımlar atmağa meyllidirsə, onun intihar etmə şansı orta statistik insandan 50% daha çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 800 min insan intihar edir. İntihara cəhd edən insanların sayı isə bundan 20 dəfə çoxdur.