Ayaq üstə güclə dayanan sürücü «yaxşı elməmişəm» deyib söyüş söyür.
Sosial şəbəkələrdə Bakıda reyd zamanı saxlanılan sərxoş sürücülərlə yol polislərinin davranışını əks etdirən video yayılıb.
Avtosfer.az-ın məlumatına görə, spirtli içkinin təsirindən ayaq üstə güclə dayanan, ağacı qucablayıb yol polislərinə müqavimət göstərən sürücülər söyüş söyərək öz əməllərinə haqq qazandırmağa çalışırlar. Amma polislərə müqavimət göstərsələr də, istəklərinə nail ola bilmirlər. Onlar ayrı-ayrılıqda sərxoşluq dərəcəsini müəyyən etmək məqsədilə müayinə mərkəzinə aparılırlar.
Həmin görüntüləri təqdim edirik: