Əməkdar artist Almaz Ələsgərli “Hər şey daxil” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni “Qohumlarla münasibətiniz necədir? Siz də yad insanla qohum olmaq halı yaşamısınız” sualına belə cavab verib:
“Hamıyla mehriban olmağa çalışıram. Gəlin yad ocağa gəlir. Onun öyrəşməsi üçün səbr lazımdır. Həm oğlan evi, həm qız zamanla öyrəşməlidir. Qayınana gəlini öz qızı kimi qəbul edə bilməz. Buna uzun vaxt lazımdır. Həmişə qızlarıma deyirəm, “Böyüyə hörmət edin, yer verin”. Nə edək, həyatdır da belə oldu, alınmadı. Heç kim bilmir başına nə gələcək”.
Qeyd edək ki, A.Ələsgərlinin qızları Əminə və Mədinə bir dəfə ailə qurub və ayrılıb.