Bu gün Türkiyənin Siirt bölgəsində PKK terrorçuları hərbçilərin avtomobilini partladıb. Lent.az İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, Siirtin Şirvan və Pervari rayonları arasında hərəkətedən hərbi avtomobil terrorçuların basdırdığı partlayıcı qurğunun işədüşməsi nəticəsində partlayıb. Uzaqdan idarə edilən qurğunun partladılması nəticəsində ilkin məlumata görə, 8 hərbçi şəhid olub. Bir neçə əsgərin isə ağır yaralandığı bildirilir.
Partlayışın törədildiyi əraziyə xeyli təcili tibbi yardım avtomobili və təhlükəsizlik qüvvələri cəlb edilib.