IMG_3008

DANX məlumat yayıb.

Bakıda ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş reydlər keçirilir.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, bu gündən etibarən sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı aparılan mütəmadi reydlərə başlanılıb.

Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə , ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in 141 Qaynar Xəttinə zəng etmələri xahiş olunur.

“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi də xahiş edib.

https://youtu.be/mc6lVHX0qu4

https://youtu.be/sm3UXGLkC2M

Загрузка...