Çinin Tyantsin şəhərində tez alışan materiallar anbarında baş verən partlayışlar təxminən 5 min yeni avtomobil yanıb.
Bu barədə AzVision.az Çin KİV-nə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, `Volkswagen` markalı avtomobillərin olduğu futbol meydançası böyüklüyündə dayanacaq partlayış yerindən təxminən 500 metr aralıda olub. Hadisə nəticəsində alman şirkətinin 2,5 mindən artıq yeni avtomobili yanıb.
Maşınları idxal edən şirkətə 10 milyonlarla dollar dəyərində zərər dəyib.
Bundan əlavə, Tyantsin limanında həmçinin `BMW`, `Toyotа`, `Mazda` markalı avtomobillər saxlanılıb. Şirkət nümayəndələri hələ ki, zədələnmiş avtomobillərin sayını açıqlamırlar. Lakin liman işçilərinin sözlərinə görə, hadisə nəticəsində təxminən 5 min maş.n yanıb.
Qeyd edək ki, ötən gün Çinin Tyantsin şəhərində tez alışan materiallar anabarında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb. Hadisə nəticəsində təxminən 500 nəfər yaralanıb. Hazırda şəhər rəhbərliyi 36 yanğınsöndürənlə əlaqənin itdiyini açıqlayıb.