Qadın yerə sərildi.
Bakı metrosunda qadının halı pisləşib.
Hadisə şahidlərinin Ölkə.Az-a verdiyi məlumata görə, bu gün saat doqquz radələrində metronun “20 Yanvar” stansiyasında orta yaşlı bir qadın ürəyindən şikayət edərək yerə yıxılıb.
Hadisə şahidi bildirir ki, qadın qatarda olan havasızlıqdan özünü pis hiss edərək yerə yıxılıb. Metro işçiləri təcili tibbi yardımı gec çağırdığı üçün qadının vəziyyəti olduqca pisləşib.
İlkin yardımın göstərilməməsi qadının uzun müddət bayqın halda olmasına səbəb olub.
Həmin görüntüləri təqdim edirik: