Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38763 abituriyent iştirak edib və onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)Publika.az-a verilən məlumata görə, qəbul olanların 15406 nəfərini oğlanlar, 16870 nəfərini qızlar təşkil edir.
Qeyd edək ki, TQDK 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 12-də elan edib.
Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinə qəbul planı, bölmələr və qruplar üzrə qəbul, oğlan və qız abituriyentlərin qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur:
Ümumi statistik məlumat
İxtisas
qrupu |
Qəbul
planı |
Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) |
Qəbulolma
faizi |
Vakant yerlərin sayı (%) |
||
Azərbaycan bölməsi | Rus bölməsi |
Bölmələr üzrə cəmi |
||||
I | 12131 | 8813 (4525) | 1248 (587) | 10061 (5112) | 82.94 | 2070 (17.06) |
II | 11672 | 8037 (1783) | 1086 (140) | 9123 (1923) | 78.16 | 2549 (21.84) |
III | 9534 | 7891 (2457) | 649 (105) | 8540 (2562) | 89.57 | 994 (10.43) |
IV | 3139 | 2348 (1274) | 159 (62) | 2507 (1336) | 79.87 | 632 (20.13) |
V | 2355 | 1811 (635) | 234 (96) | 2045 (731) | 86.84 | 310 (13.16) |
CƏMİ | 38831 | 28900 (10674) | 3376 (990) | 32276 (11664) | 83.12 | 6555 (16.88) |
Oğlan abituriyentlərin qəbul göstəriciləri
İxtisas | Qəbul edilibdir (o cümlədən, dövlət sifarişiəsasında) | ||
qrupu | Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi |
I | 5097 (2545) | 789 (363) | 5886 (2908) |
II | 5168 (1055) | 530 (57) | 5698 (1112) |
III | 1773 (317) | 138 (9) | 1911 (326) |
IV | 637 (347) | 24 (12) | 661 (359) |
V | 1141 (345) | 109 (36) | 1250 (381) |
Qruplar üzrə cəmi | 13816 (4609) | 1590 (477) | 15406 (5086) |
Qız abituriyentlərin qəbul göstəriciləri
İxtisas | Qəbul edilibdir (o cümlədən, dövlət sifarişiəsasında) | ||
qrupu | Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi |
I | 3716 (1980) | 459 (224) | 4175 (2204) |
II | 2869 (728) | 556 (83) | 3425 (811) |
III | 6118 (2140) | 511 (96) | 6629 (2236) |
IV | 1711 (927) | 135 (50) | 1846 (977) |
V | 670 (290) | 125 (60) | 795 (350) |
Qruplar üzrə cəmi | 15084 (6065) | 1786 (513) | 16870 (6578) |
Cari ilin (2015-ci ilin) məzunlarının qəbul göstəriciləri
İxtisas | Qəbul edilibdir (o cümlədən, dövlət sifarişiəsasında) | ||
qrupu | Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi |
I | 7935 (4314) | 1181 (577) | 9116 (4891) |
II | 7042 (1684) | 1017 (136) | 8059 (1820) |
III | 6495 (2281) | 543 (97) | 7038 (2378) |
IV | 2119 (1173) | 144 (57) | 2263 (1230) |
V | 907 (343) | 158 (72) | 1065 (415) |
Qruplar üzrə cəmi | 24498 (9795) | 3043 (939) | 27541 (10734) |