64e4081b94ab4f5ea8655ee4f7a58d17

Azərbaycanın Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. “Opel” markalı minik avtomobili qarpız daşıyan “QAZel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Sərnişinlərindən bir qadın və bir uşaq olmaqla iki nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır. Qəza nəticəsində ölən və yaralananların olub-olmaması barədə araşdırmalar başa çatandan sonra məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

APA.AZ