Загрузка...

ilqar resul yeni razmer

Təsəvvür elə ki, hər şeyi bilirsən. Havanın necə olacağını, hansı təbii fəlakətlərin baş verəcəyini.

Kitablar maraqsızdı səninçün, çünki içində nə yazıldığını bilirsən. Filmlər maraqsızdı, çünki bilirsən necə yekunlaşacaq…

Təsəvvür elə ki, getməyə yerin yoxdu, baxmağa səni cəlb edə biləcək mənzərən. Nə gedənin var, nə gələnin. Nə üşüyürsən, nə də istini hiss edirsən. Heç yağış, qar da sənə zövq vermir…

Təsəvvür elə, heç kimin yoxdu. Nə atan, nə anan, nə bacın, nə də qardaşın. Nə arvadın var, nə də uşağın olacaq.

Təsəvvür elə ki, yemək yemirsən, su içmirsən.

Təsəvvür elə ki, sevinmirsən, kədərlənmirsən.

Təsəvvür elə ki, ağlamırsan, gülmürsən.

Təsəvvür elə ki, sənin istədiyin hər şey olur.

Təsəvvür elə ki, sənin istəmədiyin heç nə olmur.

Təsəvvür elə ki, sənin istəyə biləcəyin heç nə yoxdu.

Təsəvvür elə ki sənin istəməyəcəyin heç nə yoxdu.

Təsəvvür elə ki… Elədin?

– Elədim.

– Hə, nə oldu?

– Ürəyim sıxıldı.

– Bəs nə bilmişdin? Elə bilirsən Allah olmaq asandı? Get, adam ol…

Susdu göylərdən gələn səs.

***

Günlər keçdi, ucqar kəndlərin birində bir çoban peyda oldu. Bir az əvvəl bütün sərvətini kimə gəldi paylamış bu adam heç bir təmənnasız camaatın qoyununu otarırdı…