Əməkdar artist Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bu barədə aktrisanın yaxınları xəbər verib. Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə Dövlət Teatr İnstitutunu bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. Tamaşaçılar onu “Qayınana”, “Şir evdən qaçdı”, “Tələ”, “Təhminə” filmlərindən tanıyır. Aktrisa uzun müddət xəstəlikdən əziyyət çəkib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.