56017

“Bizi qarşıdakı həftə çox vacib qarşılaşma gözləyir. “Qarabağ”la oyun öncəsi 2:0 hesablı qələbə qazanmağımız yerinə düşdü”.

Qol.Az-ın məlumatın görə, bu sözləri “Seltik”in futbolçusu Stefan Yohansen Şotlandiya çempinatının ilk turunda “Ross Kaunti”yə qalib gəldikləri oyundan (2:0) sonra klubun rəsmi saytın açıqlamasında deyib.

“Seltik”in ikinci qolunun müəllifi Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la keçiriləcək cavab oyunu haqda da danışıb. 24 yaşlı yarımmüdafiəçi “Qarabağ”la oyunda da fərqlənmək istədiyini bildirib:

“Hiss edirəm ki, səfər matçında da qalib gələcəyik. Bu oyunda da qol vurmaq istəyirəm. Ancaq əsas odur ki, komandamız növbəti mərhələyə yüksəlsin. Düzdür, Bakıya yaxşı nəticə ilə gedirik, ancaq biz mütləq orada da qol vurmalıyıq”.

Xatırladaq ki, avqustun 5-de keçiriləcək “Qarabağ” – “Seltik” matçı saat 21:30-da başlayacaq.

Загрузка...