Patrick Hickey alongside Azerbaijan President Ilham Aliyev and First Lady

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçirilmiş I Avropa Oyunlarına gərə Qərbi Avropa liderlərini sərt tənqid edib.

Virtualaz.org saytı xəbər verir ki, P.Hikki onları “ikiüzlülükdə”, “öz maraqlarını güdməkdə”, “idmandan istifadə edərək öz oyunlarını oynamaqda”, Avropa Olimpiya Komitəsini “boğaza yığmaqda” və s. ittiham edib.

P.Hikki deyib ki, Qərbi Avropa ölkələrinin idman tədbirlərinə, o cümlədən ötən ay Bakıda keçirilmiş Avropa Oyunlarının inauqurasiya mərasiminə müdaxiləsi ikiüzlülükdür.

“Biz Qərbi Avropa ölkələrinin olimpiya hərəkatlarının əhəmiyyəti və nə etmək barədə mühazirələrindən boğaza yığılmışıq” – P.Hikki Kuala-Lumpurda Beynəlxalq Olimpiya Komitəsinin 128-ci sessiyası ərəfəsində deyib.

“Fikrimcə, Qərbi Avropa dedikdə Avropa İttifaqına üzv 28 ölkəni nəzərdə tuturuq. Mən isə 50 Avropa ölkəsinin prezidentiyəm. Bu 50 ölkədən istənilən biri oyunlar keçirmək hüququna malikdir, ancaq Avropanın qalan hissəsinin suallarına cavab vermək borcunda deyil” – deyə P.Hikki bildirib.

Eyni vaxtda İrlandiya Olimpiya Şurasının prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin İcraçı şurasının üzvü olan Patrik Hikki deyib ki, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan Monako knyazı Albert və Lüksemburqun Böyük Knyazı Anri istisna olmaqla Qərbi Avropa liderlərindən heç biri Bakıdakı oyunların açılışında iştirak etmədi. Baxmayaraq ki, onlar öz maraqları tələb edəndə, siyasi və kommersiya səbəbləri ilə Azərbaycana səfər edirlər.

“Biz siyasətçilərin əlində öz oyunlarını oynamaq üçün alətə çevrilmişik. Onlar bizi çirkin siyasi oyunlarına qatmaq istəyirlər, ancaq bu bizim işimiz deyil. Biz idmana diqqəti yönəltmək istəyirik”– qəzəblənmiş irlandiyalı bildirib.

Загрузка...