Bakı bazarlarında qiymətləri ucuz hesab etmək olmaz.
BBC-nin Azərbaycan xidməti paytaxtda yerləşən 3 müxtəlif bazarda olub və gündəlik tələbat mallarının orta qiymətini müəyyənləşdirib.
Biləcəri bazarı, “8-ci kilometr” bazarı və “Təzə bazar”dakı satıcıların əksəriyyəti alıcılıq qabiliyyətindən şikayətçidir. Onlar ötən illərə nisbətən bu il məhsuldarlığın da zəif olduğunu bildirirlər.
Satıcılar bu halı quraqlıqla əlaqələndirirlər. Bəzi satıcılar isə avqustda məhsulun daha da bol olacağını bildirir.
Maraqlısı odur ki, bu bazarlarda da qiymət fərqlənir. Üç bazardan ən bahalısı “Təzə bazar”dır. Digər iki bazarın satıcıları “ən ucuz bazar bizimdir” deyir.
Azərbaycandan fərqli olaraq Ermənistan bazarlarında qiymətlər ucuzdur. BBC-nin müxbiri Aleksey Manvelyanın dediyinə görə, bazarlarda satıcılar narazı deyil, gətirilən ərzaq satılır.
“Alıcılıq qabiliyyəti müxtəlifdir. Biri qram-qram ala bilir, o birisi ən bahalısını. 100 dollar pensiya alanın gücü nəyə çatarsa” – o bildirir.
BBC müxbiri Nina Axmeteli isə Tiflisdə bazara baş çəkib və qiymətləri öyrənib. Fərqləri və ya oxşarlığı aşağıdakı şəkillərdə görə bilərsiniz.
http://s52.radikal.ru/i138/1507/c3/73006acda982.jpg
http://s020.radikal.ru/i712/1507/0b/ec3b86dc1ab4.jpg
http://s020.radikal.ru/i712/1507/b2/a6b2d5108232.jpg
http://s017.radikal.ru/i404/1507/62/9a1c2126ba8e.jpg
http://s020.radikal.ru/i704/1507/8b/34bdcc3921a0.jpg
http://s40.radikal.ru/i089/1507/26/ba3bd0cefb84.jpg
http://i056.radikal.ru/1507/bb/45a706ac5713.jpg