showpic_el100

Türkiyəli müğənni Betül Dəmir yeni sinqlı və seksual imici ilə gündəmə gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ifaçı yeni görünüşü ilə bağlı açıqlama verib:

“Mənim içimdə seksual görünməyə çalışmayan, həqiqətən cazibədar olan bir xanım var. Bu günə kimi yanlış stilistlərlə işlədim. İlk dəfə doğru bir modelyerlə çalışdım. Onu Londondan tapdım. Özünü açıq-saçıq göstərməyə çalışmayan möhtəşəm bir xanım imici yaratdıq”.

Mahnılarından bəhs edən Betül qalmaqaldan uzaq olduğunu iddia edib:

“Pop musiqiçisi olmaq üçün iki yol var: ya dava edib, gündəmə gələcəksən, ya da gözəl mahnılar oxuyacaqsan. Mən də mahnı oxuyaraq, diqqət çəkməyi seçdim. Müğənni hər an hər yerdə təcavüzə uğraya bilər. Mən səhnədə kişilərdən çox qadınların təcavüzünə məruz qaldım”.

Müğənni “Heç lezbiyan münasibəti yaşadınız” sualına isə “Yox. Hər zaman kişilərə qarşı hisslərim olub” deyə, cavab verib. 

Dəmir seks həyatından da bəhs edib:

“Seksdən danışmaq mənim üçün heç problem deyil. Bu hər bir insan üçün önəmlidir. Seks ruhları birləşdirir. Eşq məni ayaqüstə saxlayan ən önəmli səbəblərdən biridir. Yaşadığım hər sevgi mənim üçün özəldir”.